AZ   |   RU
Qəbələdə 2 ay əvvəl itkin düşən şəxsin axtarışları davam edir


Qəbələdə naməlum şəraitdə itkin düşmüş şəxsin axtarışları hələ də davam edir.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, keçən il noyabrın 29-dan itkin düşmüş Həmidov Səyavuş İbrahimxəlil oğlundan hələ də xəbər yoxdur.

“Artıq iki aya yaxındır qardaşımdan heç bir xəbər yoxdur” - deyə itkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirib.

M.Həmidov onu da bildirib ki, yaxın günlərdə yenidən genişmiqyaslı axtarışlar təşkil ediləcək.

  • 26-01-2023, 22:19