AZ   |   RU
“Tviter” yeni funksiyanı işə salıb

“Tviter” sosial şəbəkəsi yazılara baxış sayının hesablanması üçün  yeni funksiyanı işə salıb.

Missiya.Az
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Verge portalı” məlumat yayıb. 

Bildirilib ki, sözügedən funksiya hər tvitin aşağı sol küncündədir. 

Bir gün öncə Tviterin rəhbəri İlon Mask bunun istifadəyə veriləcəyini açıqlamışdı: “İndi sosial şəbəkə istifadəçiləri konkret nəşri neçə nəfərin oxuduğunu görə biləcəklər. Baxış sayı videolarda da istifadə olunur”, - deyə Mask bildirib.

Amerikalı sahibkarın sözlərinə görə, yeni funksiya “Tviter”i göründüyündən daha canlı göstərəcək: “Çünki istifadəçilərin əksəriyyəti yalnız tvitləri oxuyur, lakin onlara cavab vermir, bəyənmir və ya repost etmir”, -deyə Mask vurğulayıb.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 23-12-2022, 15:17