AZ   |   RU
Naxçıvan gömrükçüləri yük nəqliyyat vasitəsində metamfetamin tapıblar

Naxçıvan gömrükçüləri yük nəqliyyat vasitəsində metamfetamin tapıblar.

Missiya.Az
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda Azərbaycandan tranzit keçməklə İrandan Türkiyəyə xurma yükü aparan “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi xidməti itin tətbiqi ilə yoxlamaya cəlb olunub. Bu zaman yük avtomobilinin kabinində gümüşü rəngli falqaya bükülmüş sellofan paketin içərisində, təmiz çəkisi 14,757 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 9-12-2022, 15:47