AZ   |   RU
Bəzi şagirdləri məktəbə aparıb-gətirmək üçün avtobuslar təşkil oluna bilər
"Məktəblilərin nəqliyyat vasitələri ilə təminatı məsələsi yol xəritəmizdə var. Məktəb avtobusu uzaq məsafədən gələn şagirdlər üçün ola bilər".

Missiya.Az
xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib. 

"Bakıda olan 330 məktəbin hər birində əlaçı və zəif oxuyan şagirdlər var. Valideynlər ən yaxşı məktəb axtarışında olarkən övladını uzaq məsafədə oxutmaq istəyir. Məktəbli avtobuslarının effektiv olması üçün gərək çox şagirdin yaşadığı ərazilərdə təhsil almasından asılıdır. Məktəb və yaşayış ünvanları bir-birinə uyğun gəlmədiyindən bu məsələni gündəmə gətirə bilmirik. Bəzi özəl təhsil müəssisələri təhsilalanları nəqliyyat vasitələri ilə təmin edə bilir", - deyə nazir əlavə edib. 

Zərintac Mayisqızı 
Missiya.Az 


  • 25-11-2022, 16:30