AZ   |   RU
Şəhid Ziyarət Hüseynov da dəfn olundu
Azərbaycan - Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində düşmənin törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan Hüseynov Ziyarət Mayıl oğlu bu gün dəfn olunub.

Missiya.Az xəbər verir ki, şəhid sakini olduğu Biləsuvar rayonunun Amankənd kəndində torpağa tapşırılıb.

XTQ-nin kiçik giziri Ziyarət Hüseynov aprel döyüşlərinin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində isə yaralanıb. Lakin müharibədən sonra yenidən hərbi xidmətini davam etdirib.

Ailəli olan şəhidin bir övladı var.


  • 14-09-2022, 21:11