AZ   |   RU
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Missiya.Az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 31 667 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 878, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 845 510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 217 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 432 155, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 895 975 təşkil edir.


  • 25-01-2022, 17:51