AZ   |   RU
Şalva Papuaşvili Aİ-ni Gürcüstana namizəd statusu verməməklə bağlı səhvini bir daha təkrarlamamağa çağırıb


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını (Aİ) Gürcüstana namizəd statusu verməməklə bağlı səhvini bir daha təkrarlamamağa çağırıb.

Missiya.Az xəbər verir ki, spiker Aİ-nin Gürcüstana namizəd statusu verməsinin kiçik addım kimi görülə biləcəyini, lakin bunun Gürcüstan üçün böyük önəm daşıdığını vurğulayıb.

“Biz izah etməliyik ki, Aİ-nin ötən il etdiyi səhvi təkrarlanmamalıdır”, - spiker deyib.

Papuaşvili Aİ-nin üzv ölkələrini öz məsuliyyətlərinin ağırlığını dərk etməyə və Gürcüstanla bağlı müsbət qərar qəbul etməyə çağırıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 28-09-2023, 16:22