AZ   |   RU
İsraildə POINT BLANK raketi hazırlanıb

 

İsraildə yeni POINT BLANK raketi hazırlanıb.


Missiya.Az yerli mediaya istinadən xəbər verir ki, POINT BLANK raketi əsgərin bel çantasında daşına bilər və elektro-optik idarə olunacaq. 


Raket əllə buraxılır, bir nəfər tərəfindən istifadə edilir və əsgərin əlində şaquli şəkildə qalxıb-enə bilir. 


POINT BLANK-ın çəkisi 6,8 kq və uzunluğu təqribən 91 sm-dir. Raket 186 km/saat maksimal sürətlə uça və hücumdan əvvəl hədəfin dəqiq mövqeyi təsdiqlənənə qədər havada qala bilər. 


POINT BLANK ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanır.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 24-05-2023, 12:42