AZ   |   RU
Şarl Mişel: "Azərbaycan və Ermənistan kommunikasiyaların açılması üçün addımlar müəyyən edib"


Azərbaycan və Ermənistan regionda kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpasına yönəlmiş aydın addımlar müəyyən edib.



Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.


"Rabitə məsələsinə gəlincə, tərəflər regionda nəqliyyat blokadasının açılmasına və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Hazırda tərəflərin mövqeləri, xüsusən də Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı bir-birinə çox yaxındır”, - Ş.Mişel qeyd edib.


Onun sözlərinə görə, işçi qruplara konkret icra qrafiki əsasında dəmir yolu əlaqəsinin açılması və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılıq əldə etmək tapşırılıb.


"Tərəflər bunun üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyini almağa da razılaşıblar", - Aİ Şurasının rəhbəri əlavə edib.



  • 14-05-2023, 21:44