AZ   |   RU
Dövlət başçısı: "Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir"


"Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir".



Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında deyib.


“Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq”, - söyləyən dövlət başçısı deyib ki, istər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksək rütbəli məmurları Azərbaycanı dəstəkləmişlər.



  • 3-05-2023, 21:14