AZ   |   RU
Azərbaycan bu il 16 ölkəyə dəyəri 4 mlrd. dollardan artıq neft ixrac edib - REYTİNQ


Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 438 281,73 min ABŞ dolları dəyərində 2 249 020,21 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Missiya.Az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 445 682,27 min dollar dəyərində 710 896,11 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İspaniya tutur. Yanvar-martda bu ölkəyə 391 111,57 min dollar dəyərində 605 215,5 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 15 ölkəyə 4 272 127,65 min dollarlıq 6 809 685,99 ton neft ixrac edib.

Azərbaycanın bu ilin yanvar-mart aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) belədir:


#

Ölkələr

Məbləğ, min $

Miqdar, ton

-

Cəmi

4 272 127,65

6 809 685,99

1

İtaliya

1 438 281,73

2 249 020,21

2

İsrail

445 682,27

710 896,11

3

İspaniya

391 111,57

605 215,5

4

Hindistan

314 834,62

522 083,55

5

Çexiya

270 474,91

427 362,71

6

Almaniya

248 823,84

391 093,25

7

Türkiyə

227 565,71

379 318,16

8

Yunanıstan

190 160,53

299 869,3

9

Avstriya

152 155,74

266 568,71

10

Rumıniya

112 481,23

176 403,69

11

İrlandiya

93 438,2

175 028,65

12

Sinqapur

87 786,40

138 338,45

13

Vyetnam

85 115,06

138 516,86

14

İndoneziya

85 009,7

128 188,47

15

Fransa

66 307,7

108 829,65

16

Portuqaliya

62 898,43

92 952,72



  • 14-04-2023, 17:04