
Martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsdin arxasında hansı ölkə dayanır” sualı ətrafında baş sındırmağa ehtiyac yoxdur. Uşağa da aydındır ki, bu alçaq davranışın müəllifi İrandır. Diqqət edək: Həmin gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfirliyimizin açılış mərasimində iştirak etmək üçün bu ölkəyə səfər etmişdi. Digər maraqlı nüans isə həmin tarixdə Azərbaycan xüsusi xidmət orqanlarının peşə bayramı kimi qeyd edilməsidir. 30 ildir İsrailin Azərbaycanda səfirliyinin fəaliyyət göstərməsinə baxmayaraq, ölkəmiz İranla qonşuluq münasibətlərini nəzərə alaraq, Tel-Əvivdə özünün səfirliyini açmırdı. İsraildə səfirliyimizin açılması günü həmin terror hadisəsinin baş verməsi sözssüz ki, təsadüfi deyil. Millət vəkili Fazil Mustafanın İranın yaramaz siyasətilə bağlı sərt tənqidi fikirləri də hamıya məlumdur. Onu da nəzərə almalıyıq ki, deputata qarşı sui-qəsd DTX tərəfindən İranın ölkəmizdəki agentura şəbəkəsinə qarşı həyata keçirilmiş genişmiqyaslı əməliyyatın ardınca baş verdi. Görünür DTX-nın İran casuslarını ifşa etmək istiqamətindəki uğurlu fəaliyyəti molla rejimini bərk narahat edir.
Dünya mətbuatında müxtəlif ölklərində qeydə alınmış terror hadisələrinin məhz İrandan qaynaqlandığına dair çoxsaylı məlumatlar rast gəlinir. Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən hazırda iqtisadi çətinliklər içində olan, əhalisi səfalət içində yaşayan İran buna baxmayaraq, ölkə büdcəsinin əsas maliyyəsini terrorçuluğu himayə etmək üçün ayırır. Bu isə bir daha göstərir ki, Tehran rejimi üçün əsas proritet xalqın durumu yox, terrorçuluğu himayə etməkdir.
Hələ bir müddət əvvəl Tehranda səfirliyimizə qarşı baş vermiş terror hücumu zamanı heç bir şəxsin cəzalandırılmaması da göstərdi ki, terror İranın rejimininin mahiyyətini təşkil edir. Bu hadisə İranda terror aktının görə cinayət məsuliyyəti yaranmadığını göstərir.
İran üçün terror məsələsi yeni deyil. Hələ 90-cı illərdə Azərbaycanın tanınmış akademiki Ziya Bünyadovun da qətlinin sifarişçisi İrana bağlı qruplar hesab olunur. Çünki Tehran rejimi başqa ölkələrdə dövlətin maraqlarını hər şeydən üstün tutan ziyalıları həzm edə bilmir, onları məkirli oyunlarının qarşısında maneə hesab edir. Onların üçün əsas məqsədi ölkəmizdə İransayağı düşünən və İranın maraqlarına xidmət edən kontingent formalaşdırmaq və onları himayə etməkdir. İranın sifarişi ilə öldürülən digər azərbaycanlı isə tanınmış jurnalist Rafiq Tağıdır. O, qətlə yetirilməmişdən bir neçə gün öncə "İran və qloballaşma" adlı məqalə yazaraq, bu ölkədə hökm sürən “qaydaları” çox sərt şəkildə tənqid etmişdi.
İran bu gün təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə terror aktları törətməklə məşğuldur. Azərbaycana münasibət isə “xüsusidir”. İran rejimi Azərbaycana və azərbaycanlılara patoloji nifrət bəsləyir. Səbəbi yəqin ki, aydındır mollalar bizim uğurlarımızı, inkişafımızı həzm edə bilmir, güclənməyimizi özlərinə dərd edirlər. Görünən odur ki, İranın əsas dövlət marağı terrorçuluğu yaymaq və onu himayə etməkdir. Adını islam ölkəsi qoyan İran hazırda qonşuluğunda olan müsəlman dövlətlərində terror aktları həyata keçirməklə əslində islama yad dəyərlər üzərində köklənib. İran müsəlmanlara qarşı soyqırımı həyata keçirmiş terror mahiyyətli Ermənistanla bu gün qardaşlıq münasibətlərini davam etdirir.
Tehran rejiminin son dövrlər islam ölkələrində terror aktlarının həyata keçirilməsini icra edən İran ordusunun generalı və dini lider Ayətullah Xameneyinin əsas adamlarından hesab edilən Qasım Süleymani idi. Livan, Suriya, İraq və Yəməndəki qarşıdurmalarda önəmli rol oynamış Süleymani İranın bölgəylə bağlı siyasətini müəyyənləşdirənlərdən biri, ölkənin bu coğrafiyadakı hiyləgər siyasətinin əsas təşkilatçısıydı. Ancaq 2020-ci il yanvarın 3-də Süleymani İraqın paytaxtı Bağdadda ABŞ hərbçilərinin raket zərbələri nəticəsində öldürüldü. Bu əslində İrana verilmiş bir mesaj idi. Ancaq bundan nəticə çıxarmaq əvəzinə İran bir sıra xarici ölkələrdə terrorçuluq fəaliyyətini daha da artırdı. Əslində başqa cür davrana da bilmirlər. Çünki mahiyyətdə, xislətdə terror, qanlı hadisələr dayanır. Adına islam ölkəsi deyilən İranın ayağında o qədər günah var ki… O dünyada Mollalardan mütləq soruşacaqlar: müsəlman qanı tökmüş, müsəlman torpaqlarını yağmalamış ermənilərlə sizi nə birləşdirirdi?. Günahsız insanların ölümünə səbəb olan əməliyyatlar hazırlayarkən Allahdan heçmi qorxmadız? Sorğu-Sual uzun çəkəcək,..
Daha dəqiqi odur ki, Sirat körpüsündə terror aktı törədə bilməyəcəklər.
Daşqın Həsənov
Missiya.Az