AZ   |   RU
Xankəndi ətrafında halqa daralır - Bütün yollar Bakıya aparır

 
Separatçıları zərərsizləşdirmək üçün də əməliyyat keçirilə bilər.

Xankəndi ətrafında halqa daralır. Ordumuzun bir-birini əvəz edən uğurlu əməliyyatları son nəticədə Qarabağ ermənilərinə Azərbaycan bayrağı altına sığınmaqdan başqa yolun olmaması həqiqətini qəbul etdirəcək. 

Bundan sonra Fransadan, Rusiyadan mədət ummaq ermənilərə uğurlu perspektiv vəd edə bilməz. Bütün dünyaya car çəkdilər, Azərbaycan QHT-ləri geri addım atdılarmı? Hər gün canlı yayımlar açıb aksiyanın dayandırılacağını deyən Ruben Vardanyan hanı? Aksiya bir gün də olsun dayanmadı, əvəzində Vardanyanın özü rədd olub getdi...

Bu həftənin içində bir neçə əməliyyat həyata keçirmişik, kim Azərbaycan Ordusunu  nəzarətə götürdüyü ərazilərdən geri çəkə bilər? Nəinki sülhməramlılarına, Rusiyanın özünə də ümid etməsinlər. Uşağa da məlumdur ki, Rusiya Ukraynada özünün yaratdığı bataqlıqda çabalayır. 

Bir qədər sonra Ermənistan, Qarabağ erməniləri kimi məsələlər Moskva üçün əhəmiyyətini tamamilə itirəcək. Hələ bilmək olmaz, ola bilər ki, Kreml Qarabağdakı sülhməramlıları da Ukraynaya döyüşə göndərdi.

Odur ki, ermənilərin Bakının təkliflərini qəbul etməkdən başqa yolu yoxdur! Günlərin bir günü Azərbaycan Dövləti Xankəndidəki separatçı rejimin təmsilçilərini zərərsizləşdirmək yönündə də əməliyyat həyata keçirə bilər.... və o gün uzaqda deyil!

Nicat Dağlar
Missiya.Az



  • 30-03-2023, 15:09