AZ   |   RU
Hulusi Akarla Sergey Şoyqu telefon danışığı aparıb


Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.



  • 22-03-2023, 20:17