AZ   |   RU
Bakıda zəncirvari yol qəzası olub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb


Paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat  hadisəsi olub, bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat yayıb. 

Hadisə bu gün saat 22:00 radələrində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

  • 24-02-2023, 22:45