AZ   |   RU
Meksikada avtobus qəzaya uğrayıb, 17 nəfər ölüb

Meksikanın mərkəzindəki Puebla ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 17 nəfər ölüb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, avtobusda Kolumbiya və Venesueladan olan 45 qanunsuz miqrant olub.

Hadisə nəticəsində 15 nəfər yerində keçinib, daha 2 nəfər xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan 13 nəfərdən 5-nin vəziyyəti ağır qiymətləndirilir.


  • 20-02-2023, 23:59