AZ   |   RU
Türkiyədə zəlzələdə ölənlərin sayı 19 875 nəfərə çatıb, 79 717 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 875 nəfərə çatıb.

Missiya.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 79 717 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. 




  • 10-02-2023, 22:02