AZ   |   RU
Pakistanda məsciddə partlayışda ölənlərin sayı 61 nəfərə çatıb

Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61-ə çatıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, 157-dən çox insan yaralanıb.

Daha əvvəl məsciddə namaz vaxtı partlayışın baş verdiyi, daha sonra binanın tavanı və divarlarının uçduğu bildirilib. Çoxlu sayda insan dağıntılar altında qalıb.

Partlayışa görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.


  • 30-01-2023, 23:59