AZ   |   RU
Peruda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 43-ə çatıb

Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada daha 14 nəfər ölüb.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Peru mətbuatı məlumat yayıb. 

Məlumata görə, ölkənin cənubundakı Juliaca şəhərində toplaşan hökumət əleyhinə etirazçılar polislə toqquşub, bununla da ölənlərin sayı 43-ə çatıb.

Ölkənin bir çox şəhərində minlərlə insan həbsdə olan Perunun keçmiş prezidenti Pedro Kastilyonun azad edilməsi, Konqresin bağlanması və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxıb.

Leyla SƏMƏNDƏR
Missiya.Az

 

  • 10-01-2023, 15:29