AZ   |   RU
Babək rayonunda 18 yaşlı gənc qətlə yetirilib, saxlanılan var

Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Azərbaycan Respublikası DİN-in mətbuat xidmətindən Missiya.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 2005-ci il təvəllüdlü Rəhman Süleymanov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırmalar davam etdirilir.


  • 6-01-2023, 22:19