AZ   |   RU
Almaniya və ABŞ müdafiə nazirləri Ukraynaya gələcək hərbi dəstəyi müzakirə ediblər

Almaniyanın müdafiə naziri Kristin Lambrext amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı zamanı Ukraynaya hərbi dəstəyin əlaqələndirilməsi məsələlərini müzakirə edib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Danışıqlar "Ramşteyn" formatında (Ukrayna üzrə təmas qrupu) yanvarın 20-də keçiriləcək görüşə hazırlıq çərçivəsində aparılıb.

Əsas müzakirə mövzuları Ukraynadakı mövcud hərbi vəziyyət və gələcək hərbi dəstəyin koordinasiyası olub. Söhbət Kiyevi yeni piyada döyüş maşınları və “Petriot” hava hücumundan müdafiə sistemi ilə təmin etməkdən gedir.


  • 6-01-2023, 21:49