AZ   |   RU
Zelenski Almaniya kansleri ilə gələcək əməkdaşlığı müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts telefon danışığı zamanı ordunun gücləndirilməsi üçün gələcək əməkdaşlığı müzakirə edib.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün tviter səhifəsində məlumat verib.

“Almaniya kansleri Olaf Şolts ilə telefon danışığım oldu. Mən ona böyük müdafiə paketinə, o cümlədən də onlarla “Marder” və “Patriot” batareyasına görə təşəkkür etdim”, - o yazıb.


  • 6-01-2023, 21:16