AZ   |   RU
Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Missiya.Az
"APA"-ya istinadən xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında paylaşım edib.

“Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, “Bir Millət İki Dövlət Azərbaycan-Türkiyə”,-deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu gün Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.


  • 30-11-2022, 22:34