AZ   |   RU
Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Missiya.Az
xəbər verir ki, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


  • 7-06-2021, 13:50