AZ   |   RU
"Paşinyanın Qarabağın erməni sakinləri ilə dialoqa müdaxilə etməyə çalışması qəbuledilməzdir" - Ayxan Hacızadə

"Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir".

Missiya.Az  xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, erməniəsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi olduğu və kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə mövqeyə Ermənistanın məhəl qoymaması, onun “xalqların öz müqəddəratlarını təyin etməsi” prinsipi pərdəsi altında 90-cı illərin əvvəllərində ölkəyə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir: "Ermənistanın baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək".



  • 15-03-2023, 15:15