AZ   |   RU
Azərbaycan "McKinsey & Company" ilə investisiya mühitinin təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan və "McKinsey & Company" şirkəti arasında investisiya mühitinin təkmilləşdirilməsi müzakirə edilib.

Missiya.Az
xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində "McKinsey & Company" şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, iqtisadi imkanlar, ölkəmizin biznes dairələri ilə şirkət arasında əlaqələr və perspektivlər barədə müzakirələr apardıq", - M.Cabbarov qeyd edib.

  • 20-01-2023, 16:35