AZ   |   RU
İranın Bakıdakı agentləri arasında şok isim - Rüfət Səfərov Qərb "demokratiyasından" niyə imtina edib?

Rüfət Səfərovun son vaxtlar İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə həbs olunan və ya dini-ekstremis qruplarla əməkdaşlıq edən şəxsləri müdafiə etməsi haqqında kifayət qədər faktlar var və ictimaiyyət bundan xəbərdardır.  Bunun da səbəbi bəllidir- İrandakı etirazlarda güneyli soydaşlarımızın Azərbaycan sevgisindən narahat olan molla rejimi Azərbaycanın daxilində yeni "fiqurlar" ələ alıb. Rüfət Səfərov da davranışları ilə özünün yeni agentlərdən olduğunu təsdiq edir.  Təkcə onun son paylaşımlarına baxsaq,   məşhur İran agenti Mövsüm Səmədovun azadlığa çıxmasını necə sevinclə qarşıladığını görə bilərik. 

Bunları ona görə qeyd edirik ki, Rüfət Səfərov Bakıya gələn ABŞ diplomatı Mark Kameronla görüşməsi haqqında açıqlama verib. Əslində onun bir-biri  ilə münaqişədə olan iki dövlətə loyallığını sübut etməyə çalışması bizdə təəccüb yaratmır. Bu onun xarakterinə xas olan xüsusiyyətdir. 

Sadəcə maraqlı olan odur ki,  Amerika nümayəndələri nə vaxtdan İran agentləri ilə əməkdaşlıq edirlər? 
Əlbəttə, Rüfət Səfərovun  Qərb "demokratiyaslndan" imtina etməsinin səbəbi də az maraqlı deyil..


Elcan
Missiya.Az

  • 20-01-2023, 09:40