AZ   |   RU
İsveç və ya Finlandiyaya hücum olarsa NATO reaksiya verəcək

İsveç və ya Finlandiyaya qarşı hər hansı hücum və ya aqressiv münasibət olarsa NATO bunadərhal adekvat cavab verəcək.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq 29-30 noyabr tarixlərində Rumıniyanın paytaxtı Buxarestdəkeçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi keçirilən mətbuat konfransında deyib.

İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə bağlı sualı cavablandıranStoltenberq xatırladıb ki, iki ölkənin müraciətlərindən sonra imzalanan üzvlük protokolları Macarıstan və Türkiyə istisna olmaqla 28 üzv ölkənin assambleyaları tərəfindən təsdiqlənib.

Qalan iki ölkənin də razılaşacağına inandığını bildirən Yens Stoltenberq bunun ən qısa zamanda reallaşması üçün çağırış da edib.

Bunun İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiyi məsələlər arasında olduğunu bildirən Stoltenberq İsveç və Finlandiyanın iyun ayında Türkiyə ilə imzaladıqları üçtərəfli memorandumun tələblərini yerinə yetirdiyini bildirib.

Stoltenberq həmçinin İsveçin antiterror qanununu dəyişdiyini, onu daha sərtləşdirdiyini, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdığını və hər iki ölkənin terrorla mübarizədə uzunmüddətli əməkdaşlıq öhdəliyinə malik olduğunu bildirib.

İki ölkənin NATO üzvlüyünün ittifaqı gücləndirəcəyini vurğulayan Stoltenberq, ABŞ və İngiltərə də daxil olmaqla bəzi ölkələrin İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verdiyini xatırladıb.

Yens Stoltenberq, "İki ölkə istər hərbi, istərsə də mülki, NATO-nun bütün fəaliyyətlərində iştirak edir. Bu o deməkdir ki, İsveç və ya Finlandiyaya qarşı hər hansı bir hücum və ya aqressiv münasibət olarsa, NATO-nun reaksiya verməyəcəyi ağlasığmazdır" deyə qeyd edib.
 
Teymur Aslanov
Missiya.Az
 

  • 25-11-2022, 16:53