AZ   |   RU
Rusiya Moldova diplomatını ölkədən çıxarır


Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, Moldova səfirinə səfirliyinin əməkdaşının “persona non qrata” (arzuolunmaz şəxs) elan olduğunu bildirən nota təqdim edilib.

Qeyd olunub ki, bu tədbir bu il noyabrın 1-də Moldova tərəfinin Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı əsassız qərarına verilmiş cavabdır.


  • 9-11-2022, 20:47