AZ   |   RU
Ceyhun Bayramov və Sergey Lavrov bölgədəki vəziyyəti müzakirə ediblər
Sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Missiya.Az-a Azərbaycan XİN-dən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • 28-09-2022, 14:20