AZ   |   RU
Qərbin hərəkətləri qlobal ərzaq böhranını daha da dərinləşdirir – Putin

"Rusiyaya qarşı sanksiyalar bir neçə ildir yaşanan qlobal ərzaq böhranını daha da dərinləşdirməklə təhdid edir. Maliyyə və ərzaq problemləri səbəbindən bu vəziyyətə düşmüşük”. 

Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin kənd təsərrüfatı sektoru ilə videokonfransda çıxışı zamanı deyib. 

Ukraynadan göndərilən taxılın kasıb ölkələr yerinə Avropa İttifaqının (Aİ) inkişaf etmiş və etməkdə olan ölkələrinə getdiyini deyən Putin, məhz buna görə də bütün məsuliyyətin Qərbin üzərinə düşdüyünü vurğulayıb.

"Sentyabrın 23-ə Ukrayna limanlarını tərk edən 203 gəmidən yalnız 4-ü yoxsul ölkələrə gedib. Ötən həftə bazar ertəsindən cümə gününə kimi yola düşən 46 gəmidən 14-ü vasitəçi ölkə Türkiyəyə, qalan 32 gəmidən isə 25-i Aİ-yə gedib. Bunlar kasıb ölkələrdirmi? Bu, tam olaraq saxtakarlıqdır. Qərb qlobal ərzaq böhranını təhrik edir. Bu şəraitdə biz öz ərzaq təhlükəsizliyimizi təmin etməli və idxal olunan resurslardan, o cümlədən avadanlıq, maşın və toxumlardan asılılığımızı azaltmalıyıq."

Rusiyanın bu il 138 milyon ton taxıl yığdığını qeyd edən Putin: "İlin sonuna qədər məhsulun 150 milyon tona çatacağı gözlənilir. Bu, Rusiya tarixində rekord səviyyə olacaq. Beləliklə, indiki çətin şəraitdə biz öz ehtiyaclarımızı tam ödəyəcəyik və ixracı artırmaq üçün əlavə resurs da təmin edəcəyik” deyib.

Rusiya lideri nitqində taxıl və gübrələrinin daşınması ilə bağlı çətinliklərin davam etdiyinə də diqqət çəkib.

Teymur ASLANOV
Missiya.Az


  • 27-09-2022, 16:45