AZ   |   RU
Milli Məclisin nümayəndə heyəti Düşənbədə tarixi-mədəni yerlərlə tanış olub - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Tacikistan Respublikasına  səfəri çərçivəsində Düşənbə şəhərində bir sıra tarixi-mədəni yerlərlə tanış olub.

Bu barədə Missiya.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Nümayəndə heyətinin üzvləri əvvəlcə “Koxi Navruz” kompleksinə baş çəkib. Məlumat verilib ki, 12 böyük zaldan ibarət olan kompleks mərasim və tədbirlər üçün nəzərdə tutulub. Qonaqlar kompleksin ekspozisiyası və zalları ilə tanış olublar.

Sonra parlament nümayəndə heyəti Tacikistan Milli Muzeyinə gəlib, burada tacik xalqının qədim tarixi, mədəniyyəti haqqında eksponatlarla tanış olublar.


  • 12-09-2022, 21:56