AZ   |   RU
Uzun illərdən sonra BƏƏ və İsrail arasında uçuşlar bərpa olunub


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında uçuşlara start verilib.  

Missiya.Az
haber7.com-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin “Emirates” Hava Yolları açıqlama yayıb.  

Dubaydan havaya qalxan “Emirates”  təyyarəsi paytaxt Tel-Əvivin Ben Qurion hava limanına enib.

Açıqlamada qeyd edilib ki, 335 sərnişini daşıyan “Boeing 777” təyyarəsinin gəlişindən sonra şənlik keçirilib və bu reyslə planlı uçuşlar başlayıb.

Qeyd edək ki, təyyarədə olan BƏƏ-nin Təl-Əvivdəki səfiri Məhəmməd əl-Haca “Twitter”-də paylaşım edib:   
“Ümid edirəm ki, bu yeni hava xətti iki ölkə və iki xalq arasında əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacaq.”

Teymur Aslanov
Missiya.Az


  • 24-06-2022, 18:13