
“Rusiyanın təcavüzünə qarşı çıxmaq üçün Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində səfərbərliyi gücləndirməlidir”.
Missiya.Az “The Telegraph”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq müdafiə naziri Ben Uolles deyib.
"Cəbhədəki döyüşçülərin orta yaşı 40-dan çoxdur. Zelenskinin gəncləri gələcək üçün qorumaq istəyini başa düşürəm, amma fakt budur ki, Rusiya bütün ölkəni sakitcə səfərbər edir”, - deyə siyasətçi vurğulayıb.
Uolles həmçinin Kiyevin tərəfdaşlarını Ukrayna Silahlı Qüvvələrinə daha çox sursat, və uzaqmənzilli raketləri göndərməyə çağırıb:
“Nəticədə Ukrayna döyüş meydanında uğur qazanacaq, beynəlxalq ictimaiyyətin parçalanmasına imkan verməyəcək və Rusiya prezidenti Vladimir Putinə müharibədə vaxt udmağa imkan verməyəcək”, - deyə siyasətçi əlavə edib.
O, qeyd edib ki, Ukrayna üçün indi görəcəyimiz işlər gələcək illər üçün bütün təhlükəsizliyimizin istiqamətini müəyyən edəcək.
Onun sözlərinə görə, bu gün bütün dünya Qərbin öz dəyərlərini və qaydalara əsaslanan bir prinsipi müdafiə etmək əzmi olub-olmadığını izləyir.
Daşqın Həsənov
Missiya.Az