AZ   |   RU
“Tehran regionun geosiyasətində heç bir dəyişikliyi qəbul etmir” - İran müdafiə naziri

“Tehran heç vaxt xarici güclərin regionun problemlərinə qarışmasına imkan verməyəcək”.


Missiya.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib.


"Bizim səylərimiz region ölkələrinin əməkdaşlığı vasitəsilə məsələlərin müstəqil şəkildə həllinə yönəlib", - deyə siyasətçi vurğulayıb.


O, qeyd edib ki, regionun geosiyasətində heç bir dəyişikliyi qəbul etmir.


“Biz Ermənistan və Azərbaycanla əlaqələrimizi və əməkdaşlığımızı davam etdiririk. Bu ölkələr bizim qonşularımız və qardaşlarımızdır, onların problemlərinin həllinə kömək etməyə çalışırıq”, - deyə Aşitani bildirib.

 



Daşqın Həsənov
Missiya.Az



  • 22-09-2023, 11:03