AZ   |   RU
“İrəvanda polis aksiya keçirən gənclərə qarşı zorakılıq edir” - Erməni gənc

“Ermənistanda xüsusi təyinatlı polis dəstələri heç bir tələb irəli sürmədən yolu bağlayan gənclərə qarşı zorakılıq edirlər”.


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə İrəvanda hökümət əleyhinə təçkil olunan aksiyada iştirak edən erməni gənc özünün “feysbuk” hesabında məlumat yayıb.


O, bildirib ki, Ermənistanı hazırda Türkiyə və Azərbaycan idarə edir.


“Bir müddət prospektdə nəqliyyatın hərəkəti dayandı, sonra çoxlu sayda polisin gəlişindən sonra gənclər səkiyə sıxışdırıldı. Saat 10-da etiraz mitinqi planlaşdırılan Respublika meydanında da çoxlu sayda polis var”, - deyə erməni gənc vurğulayıb.


Onun sözlərinə görə, hökumət binası səhər tezdən qalxan və dəyənəklərlə silahlanmış polis dəstələri ilə mühafizə olunur.

 



Daşqın Həsənov
Missiya.Az



  • 22-09-2023, 09:52