AZ   |   RU
Paşinyan bu tarixdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqavilə imzalayacaq - Erməni mediası yazır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqavilə imzalayacaq.

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. İddiaya görə, müqavilənin bu il sentyabr ayında imzalanması gözlənilir.

Nəşr yazır ki, yaxın gələcəkdə Ermənistan hökuməti ilə Rusiya arasında sülhməramlıların Geqarkunik bölgəsinin Sotk ərazisindən sərhəd boyu Xoznavara qədər yerləşdirilməsi barədə razılıq əldə olunacaq.

Sitat: “Bu razılaşmadan sonra qoşunlar sərhəd bölgəsindən çıxarılacaq. Rus sülhməramlıların bölgəyə yerləşdirilməsi barədə danışıqların getməsini Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan ötən gün brifinq zamanı jurnalistlərlə təsdiqləyib” – sitatın sonu.

Baş Qərargah rəisinin sülhməramlıların Azərbaycanla sərhəddə yerləşdirilməsi barədə verdiyi açıqlama birmənalı qarşılanmayıb. Ermənistan mediası Baş Qərargah rəisinin açıqlamasına istinad edərək, dövlət sərhədinə başqa bir ölkənin sülhməramlılarının yerləşdirilməsini və ordunun həmin ərazidən çıxarılmasın heç də yaxşı nəticələr verməyəcəyini yazır.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhəddinin demarkasiya prosesi davam edir. Azərbaycan dövlət sərhəddini GPS və Sovet xəritələri əsasında müəyyənləşdirir.

Elvin
Missiya.Az


  • 23-06-2021, 10:51