AZ   |   RU
“NATO birliyi Ukraynanın Rusiyaya qarşı mübarizədə uğur qazanmasının əsas səbəblərindən biridir” - Blinken

“Ukraynanın rus işğalçılarına qarşı mübarizədə əldə etdiyi uğurun əsas səbəblərindən biri NATO-nun ona dəstək olmasıdır”.


Missiya.Az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra ABŞ dövlət katibi Entoni Blinken deyib. 


"Biz əvvəldən Ukraynanı dəstəkləmək, Rusiya Federasiyasına təzyiq göstərmək, NATO-nu gücləndirmək üçün nə edəcəyimizi demişdik. Dediyimizi etdik və edəcəyik", - deyə siyasətçi vurğulayıb.


Blinken bildirib ki, tərəfdaşlar Rusiya təcavüzü üzərində qələbə çalacağına əmin olmaq üçün Ukraynaya yardım göstərməyə davam edəcəklər.


ABŞ dövlət katibi qeyd edib ki, NATO müttəfiqləri də çəkindirmə və müdafiə planlarının hazırlanması yolu ilə təşkilatı gücləndirməkdə davam edəcək, həmçinin Alyansa yeni üzvlərin, xüsusən də İsveçin cəlb edilməsi prosesini davam etdirəcəklər.

 



Daşqın Həsənov
Missiya.Az



  • 2-06-2023, 09:39