AZ   |   RU
Paşinyan Qərbin agentidir, ləqəbi isə “çaqqaldır” - Rusiyadan baş nazirə xəbərdarlıq

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Hambardzumyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla bağlı sensassion məlumatlar açıqlayıb. 

Missiya.Az
xəbər verir ki, Hambardzumyan ArmNews TV-yə müsahibəsində Paşinyanı Qərbin agenti adlandırıb. 

O bildirib ki, baş nazir “çaqqal” ləqəbi ilə fəaliyyət göstərib.

Sitat: “Üç il əvvəl ölkəmizin xaricində xüsusi xidmət orqanları birisini işə cəlb edə bildi. Ləqəbi “çaqqal” idi. Onun nəinki vətən sevgisi, hətta hissləri, inamı yox idi. Vampir kimi davranır, pulu və şantajı sevirdi. O islah olunmayan yalançı idi. Bu keyfiyyətləri ilə bölgədəki geopolitik maraqlarını həyata keçirən xarici xüsusi xidmət orqanları üçün müstəsna bir tapıntı idi. “Çaqqal” dağıdıcı hərəkətlərə tam hazır idi. Öz  niyyətini həyata keçirmək üçün pul problemi yaşamırdı. Xeyriyyə təşkilatları və digər adlar altında maliyyə mənbələri yaradıldı. Məsələn, bu prosesdə xarici fondlar – USAİD, NDİ, Freedoom House, Açıq Cəmiyyət – Ermənistan kimi təşkilatlar fəal iştirak etdirdi. Bu strukturların rəngli inqilablarda böyük təcrübələri var” – sitatın sonu.
 
Hambardzumyan Nikol Paşinyanın anti-Rusiya proqramının bir hissəsi olduğunu deyib. 

Ermənistan mediası yazır ki, Hambardzumyan daxil olmaqla, Təhlükəsizlik Xidmətinin ehtiyatda olan zabitləri Paşinyanı agent olmaqda ittiham edirlər.  Xüsusi xidmət orqanları əvvəlcə Paşinyanın agent olduğunu bilməyiblər. Baş nazirin xarici kəşfiyyatla əlaqələri barədə Rusiya tərəfi məlumat verib. “Politik.am” saytında dərc olunan yazıda iddia edilir ki, əslində, ruslar Paşinyan barədə hər şeyi bildiklərini, baş nazir onlara qarşı oyun oynayarsa, hər şeyi üzə çıxaracaqları barədə mesaj verirlər. Müəllif yazır ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nüfuzdan salmaqla qırmızı xətti keçib və Hambardzumyanın açıqlaması ona xəbərdarlıqdır. 

Elvin
Missiya.Az


  • 7-06-2021, 15:48