AZ   |   RU
Kanada Rusiyanı terrorçuluğun himayədarı kimi tanıyacaq
 
Mühafizəkarlar Partiyasından olan deputat Larri Brok Kanada parlamentinə Rusiyanı rəsmən terrorizmin himayədarı kimi tanımaq tələbi ilə petisiya təqdim edib.

Missiya.Az
xəbər verir ki, bu barədə  Kanada parlamentinin saytı məlumat yayıb.

 “Rusiyanın Ukrayna xalqına qarşı əsassız müharibəyə başladığını, ukraynalılara qarşı çoxsaylı hərbi cinayətlər törətdiyini, mülki obyektləri, o cümlədən uşaq bağçalarını, xəstəxanaları və yaşayış evlərini dəfələrlə vəhşicəsinə atəşə tutduğunu nəzərə alaraq, biz  vətəndaşlar və Kanada sakinləri, hökuməti dərhal və açıq şəkildə Rusiya Federasiyasını terrorizmin himayədarı kimi tanımağa çağırırıq”, - deyə müraciətdə deyilir.

Təşəbbüsün müəllifi xatırladıb ki, Kanada parlamentinin aşağı palatası ötən il Rusiyanın Ukraynadakı hərəkətlərinin soyqırımı olduğunu tanıyıb.
Kanada qanunlarına görə, petisiya iclas zalına gətirildikdən sonra hökumətin ona yazılı cavab hazırlamaq üçün 45 gün vaxtı var.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 3-02-2023, 11:32