AZ   |   RU
“ABŞ və NATO-nun Ukraynadakı müharibədə iştirakı göz qabağındadır” - Peskov

“Ukraynadakı vəziyyətdə NATO və ABŞ-ın iştirakı göz qabağındadır”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“De-fakto, onlar artıq münaqişənin dolayı tərəfinə çevrilib, Ukraynaya silah, texnologiya və kəşfiyyat məlumatı çatdırıblar. Buna görə də onların münaqişədə iştirakı göz qabağındadır”, - Kreml sözçüsü bildirib.

Peskov Rusiyanın aktivlərinin müsadirə edilməsinin nəticələri barədə xəbərdarlıq edərək bu sözləri deyib: “Aydındır ki, Estoniya hakimiyyəti bu sahədə əla tələbə olmaq və müəyyən presedent yaratmaq istəyir. Bu kontekstdə hansı addımlar atılırsa atılsın, beynəlxalq hüquq baxımından tamamilə əhəmiyyətsiz və qeyri-qanuni olacaq. Təbii ki, belə bir ideyanı hansısa formada dəstəkləyən ölkələr üçün onların nəticələri olacaq”.

Bundan əlavə, Rusiya prezidentinin mətbuat katibi Kiyevin və bir sıra Qərb liderlərinin Moskvanın təklif etdiyi “Milad atəşkəsi”nə reaksiyasını şərh edib. “Həqiqətən, biz tamamilə anlaşılmaz və izaholunmaz reaksiya ilə, ilk növbədə Kiyevin, eləcə də bir çox Qərb liderlərinin kifayət qədər kinli reaksiyası ilə qarşılaşdıq”, - deyə Peskov vurğulayıb.

Neft qiymətləri ilə bağlı vəziyyəti şərh edən Peskov qedy edib ki, Moskva Rusiya neftinin qiymətləri ilə bağlı vəziyyəti diqqətlə izləyir.
 

Daşqın Həsənov
Missiya.Az


  • 10-01-2023, 15:18