AZ   |   RU
"Rusiya ilə müharibədə Ukraynanı çətin dövr gözləyir" - Sabiq kəşfiyyat rəhbəri

"Rusiya ilə müharibədə Ukraynanı çətin dövr gözləyir. Çünki Kreml özünü məğlub hiss edir və bütün formatlarda resursları artırmağa çalışacaq".

Missiya.Az
"UNİAN"a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuz deyib.
 
"Rusiya hərbi-sənaye kompleksi həftənin yeddi günü gecə-gündüz işləyir, raketləri, digər silah və texnikaları durmadan istehsal edir. Bundan əlavə, Rusiya Federasiyasında səfərbərliyin daha bir mərhələsinin olacağı göz qabağındadır. İndiki mərhələdə ABŞ, Britaniya və Avopa İttifaqı ölkələrinin Ukraynaya vaxtında silah və texnika verməsi çox vacibdir", - deyə Malomuz bildirib.

Kəşfiyyatçı qeyd edib ki, bu yardım sürətli olmalıdır. "Əgər prosesi gecikdirsək, Rusiya resursları toplayacaq, qüvvələrini yerləşdirəcək və bu, ağır müharibə olacaq. Burada zaman məsələsi çox vacibdir. Əgər Qərbin yardımı geciksə, bu Ukraynanın strateji hücum əməliyyatlarına başlamasının qarşısını alacaq", - deyə Malomuz vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 9-01-2023, 19:02