AZ   |   RU
“2014-cü il Minsk razılaşmaları Ukraynaya vaxt vermək cəhdi idi” – Angela Merkel

“Rusiya və Ukrayna arasında 2014-cü il Minsk razılaşmaları münaqişənin həlli deyil, “dondurulması” idi və bu Ukraynaya güclənməsi üçün “qiymətli vaxt” verdi”. 

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel də “Die Zeit” nəşrinə müsahibəsi zamanı deyib.

“2014-cü il Minsk razılaşmaları Ukraynaya vaxt vermək cəhdi idi. Kiyev də bu vaxtdan güclənmək üçün istifadə etdi. Ukrayna 2014-2015-ci ilin Ukraynası deyil”, - deyə Merkel bildirib.

"O zaman NATO ölkələri Ukraynaya kömək etmək üçün indi etdikləri qədər çox şey edə bilərdilər", - deyə keçmiş kansler vurğulayıb.

Merkel qeyd edib ki, Ukraynada müharibə yalnız danışıqlar masası arxasında bitə bilər.


Daşqın Həsənov
Missiya.Az


  • 8-12-2022, 16:49