AZ   |   RU
Qonşular sionist rejimlə əlaqələrində diqqətli olsunlar - İran rəsmilərindən yeni sayıqlamalar

Qonşulara sionist rejimlə əlaqələrini inkişaf etdirməkdə diqqətli olmalarını tövsiyə edirik.

Missiya.Az
xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bu gün jurnalistlərin iştirakı ilə keçirdiyi həftəlik brifinqdə qərəzli çıxış edərkən deyib.
Yenə də cəfəng ittihamlarla sərsəmləyən İran rəsmisi "Ümumilikdə Azərbaycan Respublikası ilə bağlı istədiyimiz odur ki, iki ölkə arasındakı dostluq münasibətləri çərçivəsinə hörmətlə yanaşaq və əlaqələri ümumi maraqlar çərçivəsində inkişaf etdirək", - deyib.

"Biz regionda sabitlik əleyhinə rol oynayan sionist rejimi qeyri-qanuni hesab edirik. Ölkələrin milli məsələlərinə və milli qərarlarına qarışmırıq, lakin qonşularımıza tövsiyəmiz odur ki, sionist rejimlə münasibətlərində diqqətli olsunlar",- deyə sözçü iddia edib.

Zərintac MAYİSQIZI
Missiya.Az



Baxış sayı: 116
  • 28-11-2022, 17:03