AZ   |   RU
Rusiya ABŞ-la sərhədə zenit raket kompleksi yerləşdirə bilər - Moskva Vaşinqtonu hədələyir

Rusiya ilə ABŞ arasında gərginlik pik həddə çatıb. Vəziyyətin daha da gərginləşməsinə səbəb kimi, Rusiyanın ABŞ-la sərhəddə yerləşən ölkələrdən birinə zenit raket kompleksi yerləşdirəcəyi barədə yayılan iddialardır.

Missiya.Az
xəbər verir ki, bu iddia ilə “The New York Times” çıxış edib.

Nəşrin iddiasına görə, əgər NATO ilə Rusiya arasında təhlükəsizlik zəmanətinə aid görüşlər nəticəsiz qalarsa, rəsmi Moskva ABŞ-la sərhədlərinə yaxın ölkələrdən birinə zenit raket kompleksi yerləşdirə bilər.

Xəbərdə raket kompleksinin konkret olaraq hansı ölkənin ərazisinə yerləşdiriləcəyi barədə məlumat verilməyib. 
“The New York Times” nəşrinə danışan mənbə yanvarın 16-da NATO-nun baş katibi Yans Stoltenberqin ABŞ-ın CBC telekanalına verdiyi müsahibəyə də diqqət çəkib. Baş katib müsahibədə bildirib ki, alyans Rusiyaya Avropada təhlükəsizlik, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqlar aparmağı təklif edib, lakin hələlik Rusiyadan cavab alınmayıb. Yans Stoltenberq həmçinin Rusiyanın alyans ölkələrindən NATO-nun qoşunlarının çıxarılması tələbinə də cavab verib. 

Sitat: “NATO 1997-ci ildən sonra Şimali Atlantika Alyansına daxil olan ölkələrdən öz ordusunun çıxarılması ilə razılaşmayacaq. Biz buna imkan verə bilmərik ki, NATO-ya daxil olan bütün ölkələrdə NATO qoşunları olmasın. Bu mahiyyətcə üzvlərimizin yarısının NATO qoşunları tərəfindən müdafiə oluna bilməyəcəyi anlamına gələcək” - sitatın sonu. 

Bundan əlavə, Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Rusiya ilə silahların, o cümlədən nüvə silahlarının azaldılmasını müzakirə etməyə hazırdır. 

Sitat: “Biz silahların və nüvə raketlərinin azaldılması üzrə balanslaşdırılmış, yoxlanıla bilən tədbirlərdə, eləcə də Rusiya və NATO üçün faydalı olacaq digər tədbirlərdə iştirak etməyə hazırıq. Görünən odur ki, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya üzv olmağından narahatdır və bunun baş verməməsi üçün əlində olan bütün təsir rıçaqlarından istifadə edərək Amerika və Şimali Atlantika Alyansına təyziq göstərməyə çalışır. 
 
Xatırladaq ki, məqalədə Rusiyanın Amerikaya yaxın dövlətlərdən birinə Zenit Raket Kompleksinin yerləşdirilməsi niyyətini SSRİ-nin Kubada atom nüvə silahı yerləşdirdiyi 1960-cı illərin əvvəllərindıki Karib böhranı ilə müqayisə ediblər.
 
İnam Həsənov
Missiya.Az
 

 
 
 
 
 
 

  • 17-01-2022, 17:29