AZ   |   RU
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi


Bu gün saat 17 radələrində paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Missiya. Az xəbər verir ki, DiN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  • 26-11-2022, 18:08