AZ   |   RU
Bahalı telefonları ucuz qiymətə satmaqla dələduzluq edən şəxs saxlanıldı
Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 2004-cü il təvəllüdlü Camal Əliquliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilir ki, o, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.

Araşdırmalar davam etdirilir.


  • 28-09-2022, 23:26