AZ   |   RU
Bakı sakinindən 1 kq heroin götürülüb

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini Z.Xeyrullayev saxlanılıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Şəxsi axtarış zamanı ondan 15 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 31 qrama yaxın heroin və elektron tərəzi götürülüb.


  • 24-06-2022, 10:46