AZ   |   RU
“Qazprom” və SOCAR perspektiv əməkdaşlıq məsələlərini nəzərdən keçirir


Bu gün Rusiyanın “Qazprom” neft-qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qarşılıqlı fəaliyyətin cari və perspektiv məsələləri nəzərdən keçirillib.

Missiya.Az
“Report”a stinadən xəbər verir ki, “Qazprom” şirkətindən bu barədə məlumat verilib.

Müzakirələr “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller ilə SOCAR prezidenti Rövşən Nəcəf arasında keçirilən işgüzar görüş çərçivəsində aparılıb.

Qeyd edək ki, bu ilin noyabrın 15-də “Qazprom Eksport” MMC ilə SOCAR arasında yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükünə başlanılıb. Təbii qazın tədarükü 2023-cü ilin mart ayına qədər həyata keçiriləcək. Tədarüklərin həcmi 1 milyard kubmetr təşkil edəcək.

Xatırladaq ki, Azərbaycanda 2018-ci ildən “Qazprom”un nümayəndəliyi fəaliyyət göstərir.


  • 23-11-2022, 18:20