AZ   |   RU
Qızıl cüzi ucuzlaşıb

Dünya bazarlarında qızılın qiyməti cüzi düşüb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 3,75 dollar və ya 0,22 % ucuzlaşaraq 1 unsiyası 1 673,25 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,13 % artaraq 1 unsiyası 18,942 ABŞ dolları təşkil edib. Həftənin əvvəlindən qızıl 2,1 % ucuzlaşıb.

Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) monetar siyasəti sərtləşdirməkdə davam edəcəyini gözləyirlər. Bu, ənənəvi olaraq, dolların bahalaşmasına səbəb olur. ABŞ dollarının məzənnəsinin artması isə qızılın qiymətinə təzyiq göstərir. Belə ki, daha güclü dollar qızılı satınalma üçün daha az əlçatan edir.


  • 14-10-2022, 10:03